"Yorulmuşuq" - "Barselona"nın ulduzu

25-03-2025, 09:24           
"Yorulmuşuq" - "Barselona"nın ulduzu
"Barselona"nın yarımmüdafiəçisi Pedri "Osasuna"yla təxirə salınmış oyunla bağlı fikirlərini bölüşüb.

"Barca Universal" Pedrinin fikirlərini belə təqdim edib:

"Bir az yorğunuq, amma unutmamalıyıq ki, biz "Barsa"yıq. Cümə axşamı günü var qüvvəmizi sərf etməyə çalışacağıq. Ümumiyyətlə, La Liqanı qazanmaq üçün əlimizdən gələni edəcəyik".

22 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 42 matçda meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

İspaniya çempionatının 27-ci turunun "Barselona" - "Osasuna" matçı martın 27-də keçiriləcək.

Xatırladaq ki, oyun martın 8-də keçirilməli idi, lakin “Barselona”nın həkimi Karles Minarro Qarsianın qəfil ölümü ilə əlaqədar matç ertələnmişdi. \\Fanat.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru