Qapıçı bu dəfə top yox, siçan tutdu VİDEO

14-04-2025, 16:48           
Qapıçı bu dəfə top yox, siçan tutdu  VİDEO
Şimali Amerikanın futbol üzrə MLS liqasının "Vankuver Uaytkeps" - "Ostin" matçı meydançaya siçanın girməsi səbəbindən dayandırılıb.

Oxu.Az ESPN-ə istinadla xəbər verir ki, gəmirici birinci hissədə meydançanın ot örtüyünə daxil olaraq, hakimin oyunu yeddinci dəqiqədə dayandırmasına səbəb olub.

"Ostin" komandasının qapıçısı Bred Stuver tez bir zamanda siçanı tutaraq, onu meydançadan kənarlaşdırıb.

Ev sahiblərinin azarkeşləri rəqib futbolçunu bu addıma görə alqışlayıblar. Matç "Vankuver"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru