“Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?

15-04-2025, 00:04           
“Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
Son vaxtlar «Qarabağ»a təklif olunan hücumçuların sayı 14-ə çatıb.

TEREF xəbər verir ki, bir çox menecerlər tərəfindən adları təqdim edilmiş ön xətt oyunçularının siyahısının daha da genişlənməsi gözlənilir.

Burada Türkiyə, İspaniya, Niderland, Polşa, Belçika, Braziliya, Argentina, Fransa kimi Avropa və dünyanın bir sıra ölkələrinin çempionatında çıxış edən forvardlar yer alır.

Artıq onlardan 3-4 nəfərlə təmas qurulub. Qurban Qurbanov irəli zonaya ən azı iki transfer düşünür.

Baş məşqçinin niyyəti onlardan birini hücumun sivri ucunda, digərini isə onun arxasında oynatmaqdır.

«Köhlən atlar» yanvarda Olavio Juninyonu 5 milyon avro təzminat qarşılığında «Flamenqo»ya satıb. İyunda isə Redon Cica ilə yolların ayrılması gözlənilir. (Sportinfo.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru