“Qarabağ”a milyonlarla pul qazandıran forvard geri qayıdır?

Bu gün, 15:14           
“Qarabağ”a milyonlarla pul qazandıran forvard geri qayıdır?
“Qarabağ”ın sabiq hücumçusu Juninyo Olavionun “Flamenqo”dan ayrılmaq variantı yenidən gündəmə gəlib.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb komandanın yeni hücumçu transferinə hazırlaşmasıdır.

Belə ki, “Flamenqo” “Latsio”nun forvardı Tati Kastelyanosu transfer etmək üçün qarşı tərəflə danışıq aparır. İtaliya klubu Argentina millisinin üzvünün satışından 35 milyon avro qazanmağı planlaşdırır.

“Flamenqo” Kastelyanosu heyətinə qata bilsə, o zaman Juninyo ilə bağlı təklifləri dəyərləndirəcək. Çünki digər hücumçu Pedro zədədən əziyyət çəksə də, məşqçilər korpusu onun komandada qalmasının tərəfdarıdır.

Juninyo Olavio “Flamenqo”ya bu ilin əvvəlində 5 milyon avro qarşılığında “Qarabağ”dan keçib. Onunla maraqlanan klublar arasında sabiq komandasının da adı hallanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru