UEFA Çempionlar Liqası: II təsnifat mərhələsinə start verilir
Bu gün, 09:26
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə 13 görüş keçiriləcək.
"Kups" "Kayrat"la, "Linkoln" "Srvena Zvezda" ilə, "Noah" "Ferentsvaroş"la, "Kopenhagen" "Drita" ilə, "Hamrun" "Dinamo Kiyev"lə, "Pafos" "Makkabi Təl-Əviv"lə, "Viktoria Plzen" "Servette" ilə, RFŞ "Malmö" ilə, "Şkendiya" FKSB ilə, "Slovan Bratsilava" "Zirjinski" ilə, "Lex Poznan" "Bredablik" ilə, "Reyncers" "Panatinaikos" ilə, "Ryeka" "Ludoqorets" ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında mübairzə aparacaq "Qarabağ" II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubu ilə iyul ayının 23-də qarşılaşacaq.