Olimpiadaya hansı dövlət başçıları gəlir

12-06-2015, 10:18           
Olimpiadaya hansı dövlət başçıları gəlir
Bu gün I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək prezidentlərin bir hissəsi Bakıya gəlib. Axar.az xəbər verir ki, Serbiya Prezidenti Tomislav Nikoliç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, Lüksemburqun Böyük Hersoqu Anri iyunun 11-də Azərbaycana gəlib. Belarus Prezidenti Aleksandr Lukaşenko də artıq ölkəmizdədir. Açılış tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin də iştirak edəcək. Onların arasında “erməni soyqırımı” və Suriya müharibəsi ilə bağlı müzakirələr olacağı da xəbər verilir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki 40-a yaxın prezident və hökumət başçısının açılış tədbirində iştirak edəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru