Azərbaycan ikinci qızıl medalı qazandı

13-06-2015, 19:36           
Azərbaycan ikinci qızıl medalı qazandı
Azərbaycan I Avropa Oyunlarında ikinci qızıl medalını qazanıb.

ATV.az xəbər verir ki, karatenin kumite növündə Rəfael Ağayev 75 kq çəki dərəcəsində finala yüksəlib.

O, ilk görüşdə ukraynalı İlya Nikulinə 3-0 hesabi ilə qalib gəlib. R. Ağayev ikinci görüşdə türkiyəli idmançı Erman Eltemuru ilə qarşılaşıb. Həmyerlimiz bu qarşılaşmada 3-5 hesabı ilə məğlub olub. Qrupun sonuncu qarşılaşmasılnda Latviyanı təmsil edən Ruslan Sadıqovla qarşılaşan idmançımız 3-1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Rafael Ağayev yarımfinal yarışmasında alman Bitsch Noahla qüvvəsini sınayıb. Görüş 1-0 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

Finalda idmançımız İtaliya təmsilçisi Luici Busa ilə görüşüb. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Rəfael Ağayev Azərbaycana ikinci qızıl medalı qazandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru