“Latsio”nun futbolçusu irqçiliyə görə cəzalandırılıb

23-12-2016, 10:19           
“Latsio”nun futbolçusu irqçiliyə görə cəzalandırılıb
İtaliyanın “Latsio” futbol klubunun bosniya və herseqovinalı yarımmüdafiəçisi Senad Luliç irqçilik nümayiş etdirdiyinə görə 20 gün müddətinə və 10 min avro məbləğində cəzalandırılıb.
O, 4 dekabr derbisində komandasının 0:2 hesablı məğlubiyyətindən sonra “Roma”nın qaradərili futbolçusu Antonio Rüdiqerə qarşı irqçi təhqirlərə yol verib.
Luliç matçsonrası müsahibəsində Rüdiqerin iki il əvvəl Almaniyanın Ştutqart şəhərində corab və kəmər satdığını bildirib.
Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru