İbrahimoviç Joze Mourinyonun köməkçisi ola bilər

24-12-2016, 12:24           
İbrahimoviç Joze Mourinyonun köməkçisi ola bilər
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Zlatan İbrahimoviç karyerasını başa vurduqdan sonra məşqçi kimi çalışa bilər.

“Report”un məlumatına görə, 35 yaşlı futbolçuya komandanın məşqçilər korpusunda işləmək təklif edilib.

Klub rəhbərliyi Z.İbrahimoviçin baş məşqçi Joze Mourinyo ilə çalışaraq təcrübə toplamasını istəyir.


Qeyd edək ki, isveçli futbolçu bu ilin yayından “Mançester Yunayted”də çıxış edir. Komandanın heyətində 25 oyuna çıxan futbolçu 16 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru