Azərbaycan çempionu “Fənərbaxça”ya biabırçı hesabla uduzdu

12-01-2017, 10:27           

Qadın voleybolçular arasında Çempionlar Liqasında II turun oyunları davam edir.

Ölkə.Az-ın məlumatına görə, ilk turda “Dabrova Qornitsa”nı (Polşa) məğlub edən “Azərreyl” bu dəfə Türkiyədə “Fənərbaxça”nın qonağı olub.

İstanbulda keçirilən oyun Azərbaycan çempionu üçün biabırçı məğlubiyyətlə yekunlaşıb.

İlk setdə rəqibindən sadəcə 12 xal almağı bacaran "dəmiryolçular", ikinci hissədə nisbətən fəallaşıblar.

Lakin Famil Ağayevin yetirmələrinin gücü sadəcə 19 xala çatıb.

Üçüncü və həlledici set isə əsl fiasko olub. "Sarı bülbüllər" təmsilçimizə sadəcə 9 xal qazanmağa imkan veriblər.

“Fənərbaxça” (Türkiyə) – “Azərreyl” (Azərbaycan) - 3:0 (25:12, 25:19, 25:9)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru