“Fənərbağça”nın kuboku oğurlandı - FOTO

12-01-2017, 14:04           
“Fənərbağça”nın kuboku oğurlandı - FOTO
“Fənərbağça” klubunun muzeyində qorunan 2010-2011-ci il Türkiyə Super Liqasının çempionluq kuboku “Trabzonspor” azarkeşi tərəfindən oğurlanıb.

Axar.az xəbər verir ki, trabzonlu Xalid Şahin kubokun qorunduğu şüşəni başı ilə qıraraq onu götürüb. Qaçmağa çalışan azarkeşi mühafizəçilər tutub, polisə təhvil veriblər.

Qeyd edək ki, Türkiyə Super Liqasının 2010-2011-ci il mövsümündə oyun alğı-satqılarının baş verməsi iddia olunur. “Trabzonspor” və “Fənərbağça” klubları həmin mövsümün sonunda eyni (82) xalı toplayıblar. Lakin şəxsi görüşlərə görə çempionluğu itirən “Trabzonspor” tərəfi “Fənər”in oyun alğı-satqısında iştirak etdiyini dəfələrlə deyərək, kubokun özlərinə verilməsini tələb edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.