Kamran “Benfika”nın futbolçuları ilə dalaşdı - Video

15-01-2017, 09:28           

Portuqaliya çempionatının 17-ci turunda keçirilən “Benfika” - “Boavişta” oyunundan sonra insident yaşanıb.

Qol.az xəbər verir ki, 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan millimizin və “Boavişta”nın qapıçısı Kamran Ağayev insidentin əsas iştirakçılarından olub.

Belə ki, Ağayev oyun başa çatdıqdan sonra “Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər.

Ağayevin hansı səbəbdən özündən çıxması hələlik məlum deyil.

Qeyd edək ki, “Benfika” ilə oyunun gedişində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, yekunda “Boavişta” meydandan 1 xalla ayrılıb - 3:3.
[media=https://www.youtube.com/watch?v=SacDluUPkcM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru