Türkiyənin aşağı liqalarında mübarizə aparan komandaların görüşündə qəribə hadisə yaşanıb.
Axar.az xəbər verir ki, “Qaziantep Böyükşhər Bələdiyəsi A2” komandasının qapıçısı rəqibin penalti zərbəsini dəf edib.
Qapıçının penaltini dəf etməsindən sevinən komanda yoldaşı onu qucaqlayıb. Nəticədə qapıçının əlindən sürüşən top içəri daxil olub. [media=https://www.youtube.com/watch?v=sdXrZfW5Jv4]