“Neftçi”nin sabiq qapıçısı döyüldü – Azərbaycanlı gülələndi

14-02-2017, 17:04           
“Neftçi”nin sabiq qapıçısı döyüldü – Azərbaycanlı gülələndi
“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç, Yaşar Ustanov adlı 48 yaşlı Azərbaycan vətəndaşı və Vladislas Miloeviç adlı serb hücuma məruz qalıb. teref.az fanat.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Belqraddakı kafelərdən birində baş verib.
Səhər saat 06.00 radələrində tərəflər arasında mübahisə yaranıb. Daha sonra isə onlar dava edib. Nəticədə Miçoviç başından xəsarət alıb. Azərbaycan vətəndaşı isə ayağından güllələnib.
Sabiq futbolçu və Azərbaycan vətəndaşına xəsarət yetirənlər olay yerindən qaçıb. Kafeyə təcili yardım çağırılıb, polis araşdırmaya başlayıb.
Qeyd edək ki, Miçoviç 2005-2010-cu ildə “Neftçi”də çıxış edib. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru