99 medal, 50 qızıl İCMAL

17-05-2017, 23:42           

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları daha 18 medal qazanıblar. "Report"un məlumatına görə, medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü bürünc əyarlı olub.

Qızıl medallardan 4-ü taekvondoçuların aktivinə yazılıb. Bunlar Patimat Abakarova (49 kq), Ayxan Tağızadə (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və olimpiya çempionu Radik İsayev (+87 kq) olub.
Digər qızıl medalları para-atletikanın lövhə atma növündə Samir Nəbiyev, 100 metr məsafəyə qaçışda Elmir Cəbrayılov, atletikanın 3 təkanla uzununa tullanma növündə Nazim Babayev, atıcılığın qarışıq komanda halında 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açma növündə Nigar Rəsulova - Ruslan Lunyov dueti və yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) əldə edib.

Gümüş medallara atletikanın 3 təkanla tullanma növündə Aleksis Kopello, 110 metr məsafəyə sədlərlə qaçışda Rahib Məmmədov, taekvondoçu Fəridə Əzizova (67 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) və qarışıq komanda halında dairəvi stend atıcılarından ibarət Emin Cəfərov - Nurlana Cəfərova dueti yiyələnib.

Nəhayət, bürünc medallara yunan-Roma güləşçiləri Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq), 4x100 m məsafəyə kompleks üsulu ilə üzmədə Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Rəciyeva və Alsu Bayramovadan ibarət Azərbaycan komandası, para-atletikanın lövhə atma növündə Oloxan Musayev sahib çıxıb.

Beləliklə, bu nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 99-a yüksəlib. Medallardan 50-si qızıl, 29-u gümüş, 20-si bürüncdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru