Azərbaycanın qadın voleybol millisi dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır

30-05-2017, 09:24           
Azərbaycanın qadın voleybol millisi dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır
Bu gün voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində Bakıda E qrupunun oyunlarına start veriləcək. "Report"un məlumatına görə, bu qrupda Azərbaycan millisi ilə yanaşı, Hollandiya, İsrail, Ukrayna, Danimarka və Norveç də yer alıb.
Bakı İdman Sarayında keçiriləcək 5 turluq mübarizənin yekununda qrup lideri Yaponiyada keçiriləcək Mundiala birbaşa vəsiqə qazanacaq. Qrupda ikinci yeri tutan komanda isə digər 5 qrupda ikinci yerin sahibləri ilə birgə qalan 2 vəsiqə uğrunda mübarizə aparacaq. Bu baxımdan, Azərbaycan millisini gərgin rəqabət gözləyir.
Faiq Qarayevin baş məşqçi olduğu komanda "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandıqdan sonra Bolqarıstanda təlim-məşq toplanışında olub. Yerli yığma ilə hər iki qarşılaşan Azərbaycan millisi əvvəlcə 0:3, ardından 1:3 hesablı məğlubiyyətlərlə üzləşib. İlk turda rəqib Norveç yığmasıdır.
Dünya çempionatının seçmə mərhələsi
E qrupu
15:00. Danimarka - Hollandiya
Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Miklosiç (Serbiya)
17:30. Azərbaycan - Norveç
Hakimlər: Sabine Vitte (Almaniya), Roberto Boris (İtaliya)
20:00. İsrail - Ukrayna
Hakimlər: Bruno Muha (Xorvatiya), Saşa Stanişiç (İsveçrə)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru