“Yuventus” Çempionlar Liqasında 100 milyon avrodan çox qazanan ilk klub olub

5-06-2017, 07:15           
“Yuventus” Çempionlar Liqasında 100 milyon avrodan çox qazanan ilk klub olub
İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasında 100 milyon avrodan çox gəlir əldə edən ilk klub olub.

APA-nın məlumatına görə, bu barədə “Football Italy” xəbər verib.

Klub mövsümün yekunlarına görə UEFA, sponsorlar, televiziya hüquqları və bilet satışından ümümilikdə 109 milyon avro qazanıb. Beləliklə, “qoca sinyora” Çempionlar Liqasının tarixində ilkə imza atıb. Madridin “Real” klubunun gəliri 80,9 milyon təşkil edib.

Xatırladaq ki, iyunun 3-də Çempionlar Liqasının finalında “Yuventus” “Reala” 1:4 hesabı ilə məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru