"Qarabağ" "Samtredia" ilə oyunda mümkün erməni təxribatının qarşısının alınması üçün UEFA-ya müraciət edib

18-07-2017, 02:33           
"Qarabağ" "Samtredia" ilə oyunda mümkün erməni təxribatının qarşısının alınması üçün UEFA-ya müraciət edib
"Qarabağ" klubu "Samtredia" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda mümkün erməni təxribatının qarşısını almaq üçün tədbir görüb.
"Report"un Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar Gürcüstan klubuna və UEFA-ya müraciət edilib.
Matça Ermənistan və qondarma Dağlıq Qarabağın bayraqlarının gətirilməsinin qarşısının alınması üçün danışıqlar aparılıb. Nəticədə oyunun keçiriləcəyi Boris Payçadze adına "Dinamo" Arenasına yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib. Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum səylə çalışacağını bildirib.
Qeyd edək ki, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri arasındakı qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb. İyulun 18-də keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru