Boks üzrə dünya çempionu məşq zamanı öldü

30-08-2017, 13:42           

Dünya Boks Federasiyası versiyası üzrə yarım yüngül çəkidə dünya çempionu olan fransalı Anjelik Düşman məşq zamanı ölüb. TEREF.İNFO Report-a istinadən xəbər verir ki, 26 yaşlı idmançı Tüir bələdiyyəsində yerləşən boks klubunda məşq zamanı özünü pis hiss edib.

Qıza ürək masajı edilib və o, xəstəxanaya aparılıb. Lakin boksçunun həyatını xilas etmək mümkün olmayıb. Ona təxmini olaraq ağciyər arteriyalarının emboliyası diaqnozu qoyulub.

Anjelik Düşman boks üzrə dünya çempionu titulunu bu ilin mayında qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru