İtaliya çempionatı: "Napoli" "İnter"lə heç-heçə edərək liderliyini itirib

12-03-2018, 08:55           
İtaliya çempionatı: "Napoli" "İnter"lə heç-heçə edərək liderliyini itirib
Futbol üzrə İtaliya "A" Seriyasında 28-ci tura yekun vurulub.

“Report” xəbər verir ki, son oyun günündə mərkəzi görüş Milanın "San-Siro — Cuzeppe Meatsa" stadionunda "İnter" və çempionatın lideri "Napoli" arasında baş tutub və 0:0 hesablı heç-heçə ilə bitib.

"Napoli" heç-heçədən sonra xallarının sayını 70-ə çatdırıb və liderliyini itirərək ikinci pilləyə düşüb. "İnter" 52 xal ilə beşinci pillədə qalıb.

"Napoli" növbəti matçını evdə "Cenoa" ilə, Milan "İnter"i isə səfərdə "Sampdoriya" ilə keçirəcək. Hər iki qarşılaşma martın 18-də olacaq.

İtaliya çempionatı. 28-ci tur

"İnter" - "Napoli" - 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru