"Bavariya" çempionluğun bir addımlığında

12-03-2018, 09:27           

Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, çempionluğun bir addımlığında olan “Bavariya” autsayderlərdən olan “Hamburq”la qarşılaşıb və 6 cavabsız qolla qalib gəlib.

"Hoffenhaym" da "Volfsburq"u darmadağın edib. "Bayer" isə Münhenqladbax "Borussiya"sını məğlub yola salıb.

Dortmund "Borussiya"sı doğma meydanda "Ayntraxt"ı 3:2 hesabıyla məğlub edib.

Turun başa çatan oyunlarının nəticələrini təqdim edirik:

Almaniya Bundesliqası, 26-cı tur

9 mart

Maynts - Şalke 0:1

Qol: Kaliqiuri, 55.

10 mart

Bavariya - Hamburq 6:0

Qol: Riberi, 8; 81. Levandovski, 12; 19; 90-pen. Robben, 55.

Hannover - Auqsburq 1:3

Qol: Sane, 37 - Qreqoritş, 26; 83. Kacar, 45.

Herta - Frayburq 0:0

Hoffenhaym - Volfsburq 3:0

Qol: Şults, 18. Qnabri, 77. Coşua, 80-avtoqol.

Bayer - Borussiya M 2:0

Qol: Alario, 39. Brandt, 90.

11 mart

Ştutqart - Leyptsiq 0:0

Borussiya D - Ayntraxt 3:2

Qol: Pulişiç, 11. Batşuayi, 77; 90+4 - Yoviç, 75. Blum, 90+1.

12 mart

23:30 Verder - Köln












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru