İDDİAÇILAR TURNİRİNDƏ ŞƏHRİYAR MƏMMƏDYAROV İKİ DƏFƏ HEÇ-HEÇƏ İLƏ RAZILAŞIB

13-03-2018, 13:59           

Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar turnirində bu gün III turun görüşləri baş tutub. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla amerikalı Fabiano Karuana ilə üz-üzə gəlib.

Görüş 49-cu gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da, 33 yaşlı qrossmeyster ardıcıl ikinci görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində 2 xal var.

Digər görüşlərin nəticələri:

Levon Aronyan (Ermənistan) - Vladimir Kramnik (Rusiya) - 0:1

Sergey Karyakin (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Uesli So (ABŞ) - Din Lijen (Çin) - 0,5:0,5

Bu nəticələrdən sonra Kramnik 2,5 xalla liderliyə yüksəlib. Məmmədyarovla Karuana 2 xalla 2-3-cü yerləri bölüşür. Hərəyə 1,5 xalı olan Din Lijen və Qrişuk 4-5-ci yerlərdə qərarlaşıb. 6-7-ci pillələri bölüşən Aronyanla Karyakinin hərəyə 1 xalı, son pillədəki Sonun isə 0,5 xalı var.

IV turda Məmmədyarov ağ fiqurlarla Sonu sınağa çəkəcək. Həmçinin, Qrişuk - Lijen, Kramnik - Karuana və Karyakin - Aronyan görüşləri keçiriləcək.

İlk turda Məmmədyarov qara fiqurlarla İddiaçılar turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda isə erməni Levon Aronyanla qarşılaşan azərbaycanlı şahmatçı heç-heçəyə razı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru