Çempionlar Liqasında 1/4 finala adlayan daha 2 komanda müəyyənləşib

14-03-2018, 06:46           
Çempionlar Liqasında 1/4 finala adlayan daha 2 komanda müəyyənləşib
Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Real”, “Mançester Siti”, “Liverpul” və “Yuventus”dan sonra 1/4 finala adlayan növbəti 2 xoşbəxt komanda müəyyənləşib.



Günün ən diqqətçəkən matçında “Mançester Yunayted” “Sevilya”nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə ispanlar növbəti mərhələyə yüksəliblər.



“Qarabağ”ın yer aldığı qrupu qalib kimi tamamlayan “Roma” ilk görüşdəki məğlubiyyətin əvəzini “Şaxtyor”dan çıxmağı bacarıb. Minimalhesablı qələbə qazanan italiyalılar Dzekonun qoluna seviniblər. Bununla da "canavarlar" səfər qolu hesabına 1/4 finala çıxıblar.



Çempionlar Liqası



1/8 final (cavab oyunları)



13 mart



“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) - 1:0



Qol: Dzeko, 52



Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)



Roma, “Olimpiya” stadionu



İlk oyun - 1:2







“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) - 1:2



Qollar: Lukaku, 84 - Ben Yedder, 74, 78



Baş hakim: Danni Makkelye (Hollandiya)



Mançester, “Old Trafford” stadionu



İlk oyun – 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru