Çempionlar Liqasının 1/8 final mərhələsi: "Roma" və "Sevilya" mərhələ adlayıb - VİDEO

14-03-2018, 07:04           
Çempionlar Liqasının 1/8 final mərhələsi: "Roma" və "Sevilya" mərhələ adlayıb - VİDEO
Roma Ukrayna Şaxtyorunu, Mançester Yunayted İspaniya Sevilyasını qəbul edib.
Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib.

"Report"un məlumatına görə, İtaliyada "Roma" Ukrayna "Şaxtyor"unu, İngiltərədə isə "Mançester Yunayted" İspaniya "Sevilya"sını qəbul edib.

İlk görüşdə 1:2 hesabı ilə uduzan "Roma" mərhələ adlamaq üçün vacib olan 1 qolu 52-ci dəqiqədə vurub. Edin Ceko "Şaxtyor"un qapıçısı Andrey Pyatovla təkbətəkdən fərqlənib - 1:0.

79-cu dəqiqədə isə İvan Ordets qırmızı vərəqə alaraq, ukraynalıları azlıqda qoyub. Bununla da "Roma" 10 ildən sonra 1/4 finala yüksəlib.


Gecənin digər qarşılaşması isə gözlənilmədən "Sevilya"nın qələbəsi ilə yekunlaşıb - 2:1. Qonaq komandadan Vissam ben Yedder 74 və 78-ci dəqiqələrdə vurduğu qollarla "dubl" edib. Meydan sahiblərindən isə 84-cü dəqiqədə Romelu Lukaku təsəlli qolunu vurub. İlk oyun qolsuz yekunlaşdığı üçün "Sevilya" mərhələ adlayıb.


Qeyd edək ki, indiyədək İspaniyanın "Real Madrid”, İtaliyanın "Yuventus”, İngiltərənin "Liverpul” və "Mançester Siti” komandaları da 1/4 finala vəsiqəni təmin ediblər.

Xatırladaq ki, 1/8 final mərhələsinin son iki matçında "Beşiktaş" - "Bavariya" və "Barselona" "Çelsi" oyunları keçiriləcək.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

13 mart

23:45. "Roma” (İtaliya) – "Şaxtyor” (Ukrayna) - 1:0

Qol: Edin Ceko, 52

İvan Ordets - qırmızı vərəqə, 79

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

İlk oyun - 1:2

23:45. "Mançester Yunayted” (İngiltərə) – "Sevilya” (İspaniya) - 1:2

Qol: Romelu Lukaku, 83 - Ben Yedder, 74. 78

Baş hakim: Danni Makkeli (Hollandiya)

İlk oyun – 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru