Məmmədyarov İddiaçılar turnirində xallarının sayını 3-ə çatdırıb

16-03-2018, 08:24           
Məmmədyarov İddiaçılar turnirində xallarının sayını 3-ə çatdırıb
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinin növbəti turu keçirilib.

“Report” xəbər verir ki, yarışda Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov 5-ci turda ardıcıl dördüncü dəfə heç-heçəyə imza atıb.

Onun budəfəki rəqibi çinli Din Lijen olub. Şəhriyar bu qarşılaşmadan sonra xallarının sayını 3-ə çatdıraraq ikinci yerdə qalıb.

Eyni nəticə Aleksandr Qrişuk (Rusiya) – Levon Aronyan (Ermənistan), Uesli So (ABŞ) - Vladimir Kramnik (Rusiya) və Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya) qarşılaşmalarında da qeydə alınıb.

Turnir cədvəlinə Karuana liderlik edir, Məmmədyarov və Kramnik ondan yarım xal geri qalır.

Beş turdan sonra turnir cədvəlində vəziyyət: 1. Karuana – 3,5; 2-3. Məmmədyarov, Kramnik - 3; 4-6. Aronyan, Qrişuk, Din Lijen – 2,5; 7-8. Karyakin, So – 1,5.

Altıncı turun cütləri. Karuana – Qrişuk, Məmmədyarov – Kramnik, Din Lijen – Karyakin, So – Aronyan.

Turnirin mükafat fondu 420 min avrodur

1-ci yer - 95 min

2-ci yer - 88 min

3-cü yer - 75 min

4-cü yer - 55 min

5-ci yer - 40 min

6-c yer - 28 min

7-ci yer - 22 min

8-ci yer - 17 min












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru