Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib

16-03-2018, 08:29           
Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib.

“Report” xəbər verir ki, bu qarşılaşmalar yekunlaşdıqdan sonra ¼ finala vəsiqə qazanan bütün 8 komandanın adı müəyyənləşib.

Bunlar İtaliyanın "Latsio”, İspaniyanın "Atletiko”, Portuqaliyanın "Sportinq”, Fransanın "Marsel”, Almaniyanın "Leytspiq, İngiltərənin "Arsenal”, Avstriyanın "Zalsburq" və Rusiyanın MOİK klubarıdır.

Qeyd edək ki, ¼ final mərhələsinin püşkü martın 16-da keçiriləcək.

Avropa Liqası, 1/8 final, cavab görüşləri

20:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Atletiko" (Madrid, İspaniya) - 1:5

Qol: Matsey Rıbus, 20 - Anxel Korrea, 16. Saul Niqez, 47. Fernando Torres, 65 (penalti ilə); 70. Antuan Qrizmann, 85

İlk oyun - 0:3

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Latsio" (İtaliya) - 0:2

Qol: Lukas Leyva, 23. Stefan de Vriy, 83

İlk oyun - 2:2

22:00. "Viktoriya" (Plzen, Çexiya) - "Sportinq" (Portuqaliya) - 2:1 (əlavə vaxtda - 0:1)

Qollar: Marek Bakos, 6; 65 - Rodriqo Battaqliya, 105

İlk oyun - 0:2

22:00. "Atletik" (Bilbao, İspaniya) - "Marsel" (Fransa) - 1:2

Qollar: İnaki Vilyams, 74 - Dmitri Payet, 38(penalti ilə). Lukas Okampus, 52

Qırmızı vərəqə: Aritz Aduriz, 77 ("Atletik")

İlk oyun - 1:3

22:00. "Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya) - 1:1

Qollar: Sebastian Driussi, 45 - Kevin Aqustin, 22

Qeyri-dəqiq penalti: Timo Verner, 82 ("Leyptsiq")

İlk oyun - 1:2

00:05. "Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) - 3:1

Qollar: Dani Uelbek, 39 (penalti ilə), 86. Qranit Caka, 71 - Hakan Çalhanoğlu, 36

İlk oyun - 2:0

00:05. "Zalsburq" (Avstriya) - "Borussiya" (Dortmund, Almaniya) - 0:0

İlk oyun - 2:1

00:05. "Lion" (Fransa) - MOİK (Moskva, Rusiya) - 2:3

Qol: Maksvel Kornet, 58. Mariano Diaz, 71 - Alensandr Qolovin, 39. Ahmed Musa, 60. Pontus Vernblom, 65

İlk oyun - 1:0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru