UEFA “Beşiktaş”ı cəzalandıracaq

16-03-2018, 08:56           

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bavariya” ilə qarşılaşan və 1:3 hesabı ilə uduzan “Beşiktaş” UEFA tərəfindən cəzalandırılacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb İstanbul klubunun stadionda təhlükəsizlik tədbirlərinə əməl etməməsidir.



Qitənin ali futbol qurumunun raportunda tribunalar arasında keçidlərin tutulması, meydana kənar əşyaların atılması və s. nöqsanlar yer alıb. Maraqlıdı ki, sözügedən raportun sonuncu bəndi meydana pişik girməsi ilə bağlıdır. Matçın baş hakimi oyun zamanı meydançaya girən pişiyə görə matçı bir neçə dəqiqəlik saxlamağa məcbur olmuşdu.



Qeyd edək ki, iki komanda arasındakı ilk oyun Münhen klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru