Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində liderlə qarşılaşacaq

22-03-2018, 11:14           
Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində liderlə qarşılaşacaq
Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçiriləcək.

“Report” xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Bu qrossmeysterlər arasında ilk dövrədəki oyunda qalib müəyyənləşməyib.

Bütün görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, 9 turdan sonra F.Karuana 6 xalla vahid liderdir. Ş.Məmmədyarov 5,5 xalla 2-ci, A.Qrişuk 5 xalla 3-cü pillədə qərarlaşıb. 4 və 5-ci sıralardakı D.Lijen və S.Karyakinin 4,5, 6 və 8-ci yerlərdəki V.Kramnik, L.Aronyan və U.Sonun isə hərəyə 3,5 xalı var.

X tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ)

Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya)

Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan)

Din Lijen (Çin) - Uesli So (ABŞ)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru