Droqba: “Messi hələ Maradona və Pele səviyyəsinə çatmayıb”

22-03-2018, 19:59           

“Messi elə indi karyerasını bitirə bilər. Çünki futbol üçün çox şey edib”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin sabiq hücumçusu Didye Droqba İspaniya mətbuatına açıqlamasında deyib.

O, Argentina millisi və “Barselona”nın hücumçusunu Maradona və Pele ilə müqayisə edib:

“Əgər Messi dünya çempionu adını qazansa, əfsanəvi futbolçu olacaq. O, inanılmaz dərəcədə güclü futbolçudur. Bununla belə, hesab edirəm ki, hələ Maradona və Pele səviyyəsinə çatmayıb. Ancaq buna çox yaxındır”.

Qeyd edək ki, Messi bu mövsüm La Liqada meydana çıxdığı 30 oyunda 25 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru