Rusiyalı biznesmen “Milan” klubunu almaq istəyir

24-03-2018, 00:07           

Fransanın “Monako” klubunun sahibi Dmitri Rıbolovlev İtaliyanın “Milan” klubunu almaq istəyir.

“Report”un “Tuttosport”a istinadən verdiyi məlumata görə, rusiyalı biznesmen bunun üçün “Monako”nun səhmlərini də sata bilər. O, hazırda İtaliya klubunun maliyyə durumunu izləyir.

Qeyd edək ki, “Milan” klubunun hazırkı prezidenti Li Yonqhonq 2017- ci ilin aprel ayında klubun səhmlərini 740 milyon avroya Silvio Berluskonidən alıb. Hazırda o, komandanın səhmlərinin 99,9%-nə sahibdir. KİV çinli milyarderin maliyyə məsələlərində qeyri-sabitlik yarandığını və onun müflis olduğunu yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru