Kriştiano Ronaldoya qarşı şok ittihamlar

22-04-2018, 18:55           

Almaniyada yayımlanan “Der Spiegel” dərgisi Avropa Araşdırmaçı Jurnalistlər Birliyi (EIC) ilə birlikdə apardığı araşdırmada Kriştiano Ronaldoya şok ittihamlar irəli sürülüb.

Fanat.Az xəbər verir ki, araşdırmanın nəticəsinə görə portuqaliyalı ulduz Lüksemburqun Cersi adasındakı bir neçə oteldən heç bir rəsmi qeydiyyat olmadan böyük pullar qazanır.

Sözügedən otellərin inşaatını “CRS Holding” adlı bir firma ilə saxta olduğuna dair ciddi şübhələr olan “CRS Holding Trust” adlı başqa bir firma həyata keçirib.

Buna baxmayaaq, “Football Leaks”in yayımladığı sənədlərə əsasən otelin yeganə imtiyaz sahibi Ronaldodu. Portuqaliyalı ulduzun adı çəkilən saxta şirkət vasitəsi ilə külli miqdarda pulu vergidən yayındırdığı iddia olunur.

Bununla bağlı “Der Spiegel” və EIC-in Ronaldo və adıçəkilən şirkətlərə göndərdiyi sorğular cavabsız qalıb.

“Der Spiegel” sorğunu göndərəndən 24 saat sonra “CRS Holding Trust”in inşaatdan çəkilərək 16 milyon avro dəyərindəki payını Ronaldonun adına keçirdiyini iddia edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.