Tunis - Türkiyə matçında qalmaqal - VİDEO

2-06-2018, 01:35           

Tunis və Türkiyə milliləri arasında keçirilən yoldaşlıq matçında qalmaqal yaşanıb.

Yenicag.az xəbər verir ki, yerli azarkeşlər “ay-ulduzlular”ın futbolçusu Cenk Tosunun atası və əmisinə hücum edib.

Məsələ burasındadır ki, tribunadan meydançaya “sis bombası” atılıb. Futbolçunun yaxınları isə bu hərəkətə görə azarkeşə etiraz ediblər. Qalmaqal da burdan başlayıb.

Bunu görən Cenk Tosun isə tribunaya tərəf gedib. Oyunun baş hakimi isə öz növbəsində futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.