Buffonun PSJ-yə keçidi rəsmiləşmək üzrədir

11-06-2018, 08:29           

"Yuventus" və İtaliya millisinin sabiq qapıçısı Canluici Buffonun Parisin PSJ klubuna keçidi tamamlanmaq üzrədir.

APA-nın məlumatına görə, bu barədə İtaliyanın “Calciomercato” nəşri xəbər verib.


Məlumata əsasən, PSJ rəhbərliyi 40 yaşlı futbolçu ilə iki illik müqaviləyə dair razılığa gəlib. Yalnız bir neçə detalın razılaşdırılması qalıb.

Ehtimala görə, Paris klubu iyunun 12-13-də futbolçunun transferini elan edəcək. Buffonun növbəti iki ildə illik maaşı isə 7 milyon avro təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru