Salah Qroznıda: Kadırov onu meydana çıxardı

11-06-2018, 11:42           
Salah Qroznıda: Kadırov onu meydana çıxardı
Çeçenistan rəhbəri Ramzan Kadırov futbol üzrə Misir yığmasının ulduzu Məhəmməd Salahı Qroznıda “Ahmat Arena” stadionunda məşqə çıxarıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Misirin keçirdiyi açıq məşqi 8 minə yaxın azarkeş izləyib.

Salah meydançaya çıxsa da açıq məşqdə iştirak etməyib, amma azarkeşləri salamlayıb.

Xatırladaq ki, misirli forvard çempionlar Liqasının finalında "Real"la oyunda çiynindən zədələnmişdi. Onun Uruqvayla oyunu buraxacağı ehtimal olunsa da, görünür, futbolçu artıq özünü hazır hiss edir: "Söz verirəm, dünya çempionatının başlamasına hazır olmaq üçün əlimdən gələni edəcəm. Özümü yaxşı hiss edirəm. Xalqım üçün bütün mümkün olanları edəcəm”.

Qeyd edək ki, futbol üzrə Misir yığması dünya çempionatının final mərhələsində son 28 ildə ilk dəfə iştirak edir. Misir yığması dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə A qrupunda mübarizə aparacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.