“Real Madrid” yeni baş məşqçisi üçün təzminat ödəyəcək

13-06-2018, 11:40           

İspaniyanın “Real Madrid” klubu əsas komandaya baş məşqçi təyin etdiyi Xulen Lopetegi üçün təzminat ödəyəcək.

“Report” “Marca”ya istinadən xəbər verir ki, “Kral klubu” İspaniya Kral Futbol Federasiyasına millinin baş məşqçisi olan 52 yaşlı mütəxəssisin 2020-ci ilə qədər nəzərdə tutulan müqaviləsinə xitam verilməsi üçün 2 milyon avro verəcək.

Qeyd edək ki, Lopeteqi DÇ-2018-dən sonra “Real Madrid”in sükanı arxasına keçəcək. O, yeni klubu ilə 3 illik müqavilə bağlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.