Hafiz Hacıyev öz repertuarında: Müsəlman Braziliyaya azarkeşlik edəcəm

14-06-2018, 22:44           

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də bu gün başlayacaq futbol üzrə dünya çempionatına baxan siyasi xadimlərdən olacaq.


Oxu.Az-a açıqlama verən Hafiz Hacıyev Braziliya millisinə azarkeşlik edəcəyini bildirib.

Ancaq Hafiz Hacıyev braziliyalıları müsəlman bilir: “Mən müsəlman dininə sitayiş edən Braziliya millisinə azarkeşlik edəcəyəm. Arzu edirəm ki, onlar dünya çempionatında I yerə çıxsın. Bizim milli qürurumuz var. Soy-kökümüz erməni deyil ki? Biz azərbaycanlıyıq, müsəlman qardaşlarımıza da azarkeşlik etməliyik”.

Hafiz Hacıyev Braziliya ilə finala çıxacaq komandaların adlarını da açıqlayıb:

“Düşünürəm ki, Braziliya ilə finala Almaniya və ya İspaniya çıxa bilər. Məncə, Braziliya keçmiş səhvlərindən nəticə çıxarıb çempion olacaq. Oyunlara öz kabinetimdən baxacağam. Çalışıb bütün oyunları izləyəcəyəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru