"Real" yeni baş məşqçisini təqdim edib -FOTO

15-06-2018, 09:58           
"Real" yeni baş məşqçisini təqdim edib -FOTO
İyunun 14-də Xulen Lopeteqinin İspaniyanın "Real" klubunun baş məşqçisi qismində təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 51 yaşlı mütəxəssis ilə 3 illik müqavilə imzalanıb.

Bundan əvvəl kluba Zinəddin Zidan rəhbərlik edib. O, mayın sonunda vəzifəsindən gedib.

Lopeteqi, öz növbəsində İspaniya yığma komandasının baş məşqçisi postunu tutub. O, komanda ilə DÇ-2018-də çıxış etməyə hazırlaşdığı bir vaxtda, İspaniya Futbol Federasiyası rəhbərliyi mütəxəssisin onları "Real" ilə danışıqlar aparması barədə xəbərdar etmədiyinə görə, mundial öncəsi onu tutduğu vəzifədən istefaya göndərib.

Lopeteqinin yerini İspaniya millisinin keçmiş futbolçusu Fernando Yerro tutub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.