DÇ 2018: Portuqaliya - İspaniya - 3:3 (VİDEO)

16-06-2018, 01:26           
DÇ 2018: Portuqaliya - İspaniya - 3:3 (VİDEO)
Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun baş tutdu.

Musavat.com xəbər verir ki, günün son oyunu keçirilib.

İlk matç ilə “A” qrupunda birinci tura yekun vurulub. Yekaterinburqda Misir və Uruqvay milliləri üz-üzə gəlib. Məhəmməd Salahın oynamadığı görüşdə Cənubi amerikalılar 90-cı dəqiqədə vurduqları qolla qələbəni bayram ediblər.

“B” qrupunun ilk matçında Mərakeş İranı sınağa çəkir. Sankt-Peterburqda keçirilən bu görüşü türkiyəli hakim Cüneyt Çakır idarə edib.

İki oyundan sonra isə hazırda azarkeşlər Portuqaliya - İspaniya qarşılaşmasına tamaşa edib. Oyunun birinci hissəsində Kristiano Ronaldo hesabı açıb. Oyunun ilk hissəsində 25-ci dəqiqədə isə Dieqo Kosta hesabı bərabərləşdirib.

Oyunun birinci hissəsinin bitməsinə 1 dəqiqə qalmış Portuqaliya komandası hesabı yenidən artırıb. Ronaldo dünya çempionatında ikinci qolunu vurub. Hesab Portuqaliyanın xeyrinə 2-1 olub.

Oyunun ikinci hissəsində Dieoqo Kosta yenidən qol vuraraq hesabı bərabərləşib.

Ardından çox keçmədən 58-ci dəqiqədə Naço Portuqaliyanın qapısından üçüncü topu keçirib.

Oyunun son dəqiqələrində, Ronaldo yenidən fərqlənib. Cərimə zərbəsini dəqiq yerinə yetirən futbolçu dünya çempionatında üçüncü qolunu vurdu. Beləliklə matç 3-3 hesabı ilə başa çatıb. Komandalar stadiondan 1 xalla ayrılıb.

Musavat.com
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru