DÇ-2018: Danimarka Perunu məğlub etdi

17-06-2018, 00:09           
DÇ-2018: Danimarka Perunu məğlub etdi
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününün üçüncü oyununda “C” qrupunda yer alan Peru və Danimirka milliləri qarşılaşırlar.

Saranskdakı “Mordoviya Arena”da oynanılan görüşü qambiyalı referi Bakari Qassama idarə edir.

Peru millisinin start heyətində Pedro Qalese, Alberto Rodriqes, Miqel Trauko, Kristian Kueva, Cefferson Farfan, Renato Tapiya, Kristian Ramos, Luis Advinkula, Andre Karrilo, Yosimar Yotun və Edison Flores yer alıblar.

Danimarka yığmasının heyətində isə meydançaya Kasper Şmeyxel, Simon Ker, Andreas Kristen, Vilyam Kvist, Tomas Dileyni, Nikolay Yorqensen, Kristian Eriksen, Henrik Dalsqor, Yens Stryuqer Larsen, Yussuf Poyulsen və Pione Sisto çıxıblar.

Dünya futbol tarixində ilk dəfə üz-üzə gələn bu komandalar mundiala play-off mərhələsinin qalibi olaraq vəsiqə qazanıblar. “Rusiya 2018” 36 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanan Peru yığması və Danimarka millisi üçün beşinci mundialdır. Hər iki komanda dünya çempionatlarında indiyədək yalnız dörddəbir final mərhələsinədək irəliləyə biliblər.

Xatırladaq ki, “C” qrupu çərçivəsində bu gün keçirilən ilk oyunda Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib. Argentina-İslandiya qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.

Günün saat 23:00-da başlayacaq sonuncu qarşılaşması “D” qrupunun iştirakçıları Xorvatiya və Nigeriya milliləri arasında keçiriləcək. Azərbaycanlı futbolsevərlər bu oyunu İctimai Televiziyadan izləyə bilərlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.