FİFA Fransa-Avstraliya matçında vurulan 3-cü qolu Poqbanın aktivindən çıxarıb

18-06-2018, 07:02           
FİFA Fransa-Avstraliya matçında vurulan 3-cü qolu Poqbanın aktivindən çıxarıb
FİFA dünya çempionatının C qrupunda Fransa və Avstraliya yığmaları arasında baş tutan oyunda 3-cü qolun müəllifini dəyişib.

"Report"un məlumatına görə, 81-ci dəqiqədə vurulan Fransanın qələbə topu avtoqol kimi qeydə alınıb.

Nəticədə qol fransalı Pol Poqbanın aktivindən çıxarılıb və avstraliyalı Aziz Behiçin passivinə yazılıb.

Görüş Fransanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk 2 qolu 58-ci dəqiqədə fransalı Antuan Qrizmann və 62-ci dəqiqədə avstraliyalı Mayl Yedinak penaltidən vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru