DÇ-2018: İsveç də qələbə ilə başladı

18-06-2018, 19:06           

Dünya çempionatında bu gün daha 3 qarşılaşma baş tutacaq.

Yenicag.az xəbər verir ki, günün ilk oyununda F qrupunda mübarizə aparan İsveç və Cənubi Koreya milliləri üz-üzə gəlib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Matçın 65-ci dəqiqəsində Andreas Qrankvistin penaltidən vurduğu qol İsveçə minimal hesablı qələbə qazandırıb.

G qrupu çərçivəsində keçiriləcək qarşılaşmalarda isə Belçika Panamanı, İngiltərə də Tunisi sınağa çəkəcək.

18 iyun

F qrupu

16:00. İsveç – Cənubi Koreya – 1:0

Qol:Andreas Qrankvist, 65 (pen)

Nijni Novqorod. Şəhər stadionu

G qrupu

19:00. Belçika – Panama
Soçi. “Fişt” stadionu

22:00. Tunis – İngiltərə
Volqoqrad. “Volqoqrad Arena”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru