Nikola Kaliniç Xorvatiya yığmasından qovuldu

19-06-2018, 00:19           
Nikola Kaliniç Xorvatiya yığmasından qovuldu
Xorvatiya yığmasında gözlənilməz ayrılıq baş verib.

Hücumçu Nikola Kaniliç millidən qovulub.Buna səbəb onun dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə ilk matçdakı davranışı olub.

Belə ki, qarşılaşmanın sonuna 5 dəqiqə qalmış baş məşqçi onu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.

Xorvatiya Futbol Federasiyası bu hərəkətinə görə, Kaliniçi yığmadan qovub. Ulduz futbolçu artıq Rusiyanı tərk edərək, ölkəsinə qayıdıb.

Baş məşqçi Zlatko Daliç də təsdiqləyib. O, keçirdiyi mətbuat konfransında bildirib ki, Nikola Kaliniç İngiltərədə Braziliya ilə keçirdikləri yoxlama matçında da eyni hərəkətə yol verib.

Qeyd edək ki, bu futbolçu Ukraynanın Dnepr klubunda oynayanda “Qarabağ”a qol vurub.(Oxu.Az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru