İngiltərə klubu Portuqaliya millisinin qapıçısını transfer edib

19-06-2018, 08:10           
İngiltərə klubu Portuqaliya millisinin qapıçısını transfer edib
İngiltərənin "Volverhempton" klubu Portuqaliya millisinin və "Sportinq"in qapıçısı Ruy Patrisiunu heyətinə qatıb.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, komanda 30 yaşlı qolkiperlə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ruy Patrisiu Portuqaliya millisi ilə birgə dünya çempionatında iştirak edir. O, 2006-cı ildən bu vaxta qədər "Sportinq" klubunun şərəfini qoruyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.