Lopeteqinin “Real”dakı maaşı açıqlanıb

21-06-2018, 09:01           
Lopeteqinin “Real”dakı maaşı açıqlanıb
Real”ın yeni baş məşqçisi Xulen Lopeteqinin müqaviləsinin təfərrüatları açıqlanıb.



Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssisin “kral klubu”nda illik maaşı 6 milyon avro olacaq.



O, madridlilərin əzəli rəqibləri “Barselona” və “Atletiko”dakı həmkarlarından (Ernesto Valverde – 12 milyon, Dieqo Simeone – 14 milyon) qat-qat az qazanacaq.

Qeyd edək ki, Lopeteqi dünya çempionatının startına bir gün qalmış İspaniya yığmasından qovulmuş və “Real”la müqavilə bağlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru