Mühafizəçilər futbolçuları bazaya buraxmadı - "Neftçi"də rəzalət

21-06-2018, 19:14           
Mühafizəçilər futbolçuları bazaya buraxmadı - "Neftçi"də rəzalət
“Neftçi”nin əcnəbi futbolçuları Lukas Qomezlə Mayk Kampaz xoşagəlməz durumla qarşılaşıblar.

Yenicag.az xəbər verir ki, legionerlər məşq üçün klubun bazasına yollansalar da, mühafiəçilər futbolçuların qarşısını kəsib.

Bu barədə Kampaz şəxsi “İnstagram” səhifəsində məlumat yayıb. Futbolçu bildirib ki, mühafizəçilərə bu tapşırığı klub rəhbərliyi verib. Əcnəbi futbolçunun sözlərinə görə, onlara bu barədə öncədən məlumat verilməyib. O, klubdan müqavilə şərtlərinə əməl edilməsini tələb edib.

Qeyd edək ki, adıçəkilən futbolçuların ilin sonunadək müqaviləsi olsa da, klub prezidenti Kamran Quliyev hər cəhddə onları “Neftçi”dən göndərməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru