Mbappe qol atdı, Fransa 1/8-ə çıxdı, Peru isə... - Dünya çempionatı

22-06-2018, 00:00           
Mbappe qol atdı, Fransa 1/8-ə çıxdı, Peru isə... - Dünya çempionatı
Dünya çempionatının C qrupunda ikinci turun oyunlarına bu gün yekun vurulub.

Fransa yığması Peru milliləri ilə "Yekaterinburq Arena" stadionunda qarşılaşıb.

Oyunda 34-cü dəqiqədə Kilian Mbappenin vurduğu yeganə qol Fransa millilərini 1/8-ə çıxarıb.

Hər iki qarşılaşmada 1 xal belə qazana bilməyən Peru milliləri isə növbəti mərhələyə çıxma şanslarını itiriblər.

Onu da qeyd edək ki, bu qrupun bu gün keçirilən digər oyununda Danimarka Avstraliya milliləri ilə qarşılaşıb və oyun 1-1 hesabı ilə başa çatıb.

Bu oyunlardan sonra qrupda Fransa 6, Danimarka 4, Avstraliya 1, Peru isə xalsızdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru