Rusiya-2018: Seneqal-Yaponiya matçı bitdi: 4 qol

24-06-2018, 22:23           

16:00

Rusiyada keçirilən Dünya Çempionatı çərçivəsində G və H qruplarında bu gün növbəti oyunlar baş tutacaq.

Axar.az xəbər verir ki, ilk oyun günündə saat 16:00-da “Nijni Novqorod” stadionunda İngiltərə və Panama yığmaları qarşılaşacaq. Bu oyuna qədər ingilislər Tunisi 2-1 hesabı ilə məğlub etmişdilər. Panama millisi isə Belçikaya 3-0 hesabı ilə məğlub olmuşdu.

Günün ikinci matçı isə saat 19:00-da “Yekaterinburq Arena”da H qrupunun liderləri – Yaponiya və Seneqal milliləri qarşılaşacaq.

Günə ilk oyunda məğlubiyyətlə üzləşən iki komanda - Polşa və Kolumbiya yığmaları arasında keçiriləcək qarşılaşma ilə yekun vurulacaq.

Bu görüş saat 22:00-da Kazanda keçiriləcək.

***

Oyunun 8-ci dəqiqəsində Con Stons dəqiq baş zərbəsi ilə İngiltərəni önə çıxardı.

***

Harri Keyn penalti zərbəsi ilə komandasının ikinci qolunu vurdu.

***

Linqard, Ston və Keynin qolları ilə İngiltərə millisi fasiləyə 5-0 üstünlüklə yollanıb.

***

İngiltərə millisi Panamaya 6-1 hesabı ilə qalib gəldi.

***

Seneqal millisi S.Manenin 11-ci dəqiqədə vurduğu qolla Yaponiya qarşısında 1-0 önə keçib.

***

Yaponiya yığması T.İnuinin qolu ilə 37-ci dəqiqədə hesabı bərabərləşdirib: 1-1.

***

71-ci dəqiqədə M.Vaque Seneqalı yenidən önə keçirib. 7 dəqiqə sonra isə Honda komandasının bərabərlik qolunu vurub: 2-2.

***

Seneqal-Yaponiya matçı 2-2 bərabərliklə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru