DÇ-2018-də yeni rekord qeydə alınıb

26-06-2018, 00:07           
DÇ-2018-də yeni rekord qeydə alınıb
DÇ-2018-də yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, mundiallar tarixində meydana çıxan ən yaşlı oyunçunun adı yenilənib.

Belə ki, bu gün A qrupunun üçüncü tur matçında Səudiyyə Ərəbistanı ilə oyuna start heyətində başlayan Misir millisinin qapıçısı, 45 yaşlı Essam Əl-Hadari dünya çempionatlarının ən “qoca” oyunçusu olub.

Qeyd edək ki, bundan əvvəlki rekord DÇ-2014-də oynayan Kolumbiya millisinin keçmiş qapıçısı Ali Farid Kamilo Mondraqona (43 yaş) məxsus idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru