Salah-Kadırov qalmaqalı böyüyür – Video

26-06-2018, 00:16           

Misirli futbolçu Məhəmməd Salahın Çeçenistanın fəxri vətəndaşı adını qəbul etməsi böyük səhv oldu.
Oxu.Az xəbər verir ki, bunu “Liverpul” futbol klubunun rəsmi nümayəndələrindən biri bildirib.

Klubun rəsmisi öz narazılığını onunla əsalandırır ki, Kadırov Avropada “hərbi cinayətkar” və “insan haqlarını pozan” bir siyasətçi kimi qəbul olunur.

Rəsmi həmçinin bildirib ki, Salah fəxri adı almağa razı olduğuna görə Britaniya mətbuatının tənqidinə tuş gələcək, bu isə idmançının reputasiyasına ağır zərbə vurmuş olacaq.

Belə reaksiya ilə tanış olan Salah, “Liverpul”un mövqeyindən sadəcə şoka düşüb.

Futbolçu siyasətdən başının çıxmadığını və Kadırov haqqında heç bir mənfi fikirlər eşitmədiyini dilə gətirərək, özünə bəraət qazandırmağa çalışıb.

O bildirib ki, fəxri adın verilməsində Misir futbol federasiyası günahkardır. “Məhz Federasiya rəhbərliyi mənim həmin mərasimə gedib, fəxri vətəndaş adını qəbul etməyimə göstəriş verib”, – deyə Salah bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru