Əfsanəvi futbolçudan sərt reaksiya: “Özünüzü kişi kimi aparın”

26-06-2018, 00:20           

Əfsanəvi fransız futbolçu Erik Kantona Braziliya yığmasının üzvlərinə səslənib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kantona braziliyalı futbolçuları meydanda kişi kimi mübarizə aparmağa çağırıb. O, braziliyalılara tövsiyə edib ki, futbol oynasınlar, saxtakar hərəkətlərə yol verməsinlər.

Erik Kantona əfsanəvi braziliyalı futbolçu Sokratesin şəklini də sosial şəbəkədə paylaşıb. O Neymara və komanda yoldaşlarına ondan nümunə götürməyi tövsiyə edib:

“Daha heç bir yalan olmasın, heç vaxt “timsahın göz yaşları” olmasın. Braziliyanı onun kimi sevin, özünüzü kişi kimi aparın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru